“İlk olaraq “Şəki” klubunu qələbə münasibəti ilə təbrik edirəm". SİA xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko “Şəki” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Blanko vurğulayıb ki, bu gün aparıcı oyunçuların fəallığı ilə nəticə qazanmaq istəyiblər: "Bütün planlarımızı buna uyğun qurmuşduq. Ancaq bu gün bizim günümüz deyildi. Əvvəla biz atışlarda çox zəif təsir bağışladıq. Demək olar ki, təşkil etdiyimiz hücumlarda topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq. Digər tərəfdən onlar bu gün Pick and Roll vəziyyətlərindən daha yaxşı istifadə etdilər. Bu iki səbəbə görə biz oyunda uduzduq. Artıq bu oyunu yaddan çıxarmalı və “Sumqayıt”la qarşılaşmaya hazır olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə