"Federasiyalar məmurlara tapşırılıb ki, maliyyə sıxıntısı olmasın" - ARİF ƏSƏDOVLA MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədovun SİA-ya müsahibəsini təqdim edirik:

- 5 mart ölkəmizdə “Bədən Tərbiyəsi və İdman” günü kimi qeyd olunur. Bu günlə əlaqədar olaraq nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanda ənənəvi şəkildə keçirilir. Bütün idmançıları və bu camiyyədən olan hər kəsi təbrik edirəm. Hamıya işlərində uğur arzulayıram. Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən idmançılarımıza fəxri adlar veriləcək. Azərbaycan uğrunda yüksək nəticə qazanan hər bir idmançı bizim fəxrimizidir.

- Sizcə bu gün dövlət tərəfindən idmana necə diqqət göstərilir?

- Təbii ki, biz dövlətin idmana göstərdiyi xüsusi diqqət və qayğının şahidiyik. Cənab Prezident İlham Əliyev Olimpiya yarışlarında və digər mötəbər tədbirlərdə idmançılarımızın yanında olur, onlara azarkeşlik edir. Daim ölkə başçısı idmançılarımıza dəstək göstərir. Biz bunu bütün idman növlərində hiss edirik. Bundan başqa idman federasiyalarına məmurlar başçılıq edir ki, bu da həmin qurumlarda maliyyə sıxıntılarının qarşısını almaq üçün həyata keçirilir.

- Gəlin biraz ölkə futbolundan danışaq. Azərbaycan futbolunun hazır ki, durumunu necə qiymətləndirərdiniz?

- Futbolumuzun hazırki, durumu nəticə baxımından heç də yaxşı deyil. İnkişaf baxımından hal-hazırda yeni AFFA rəhbərliyi tərəfindən strategiya planı hazırlanıb. Düşünürəm ki, bu plan əsasında gələcək də hansısa nəticəyə nail ola biləcəyik.

- Ölkəmizdə futbolun inkişafı baxımından nə kimi addımlar atılır?

- Hazırda inkişafla bağlı müəyyən işlər görülür. İlk addımlardan biri gələn ildən Premyer Liqada 12 komanndanın iştirak etməsi və limitlə bağlı müəyyən məhdudiyyətlərin götürülməsidir. Bunun futbolumuza necə təsir edəcəyini isə zamanla şahidi olacayıq. "Barselona" klubunun prezidenti La Portanın ölkəmizə gələrək, cənab Prezidentlə görüşməsi də futbolumuz üçün çox önəmli addım idi. Bakıda bu klubun akadamiyasının açılması da futbolumuza öz tövhəsini verəcək. Bunun özüdə uşaq futbolunun inkişafı baxımından önəmlidir. Belə akademiyaların açılaması uşaqların yetişməsi baxımından böyük təkan ola bilər. Buna da müsbət yanaşmaq lazımdır.

- Sizcə bu sahədə olan problemləri aradan qaldırmaq üçün ilk növbədə nə edilməlidir?

- İlk növbədə infrasturukturu yaxşılaşdırmaq, stadionları çoxaltmaq, bölgələrdə şərait yaratmaq lazımdır. Akademiyaların bölgə səviyyəsində sayını artırmağa ehtiyac var. Uşaqların yetişməsi üçün beynəlxalq turnirlərdə iştirak etməlidirlər. Məşqçilərin yetişdirilməsinə xüsusi diqqət olunmalıdır. Bu barədə bir çox şey haqqında danışmaq olar. Lakin hazırda əsas məsələ bunlardır.

- Sizcə klublarımızda fəaliyyət göstərən xarici baş məşqçilərin rolu böyükdür ? Yoxsa yerli məşqçilərə üstünlük verilməlidir?

- Mən yaxşı xarici mütəxəssislərin Azərbaycana gəlməsinin əleyhinə deyiləm. Bundan qabağda bir çox mütəxəssislər ölkəmizdə fəaliyyət göstəriblər. Lakin hazırda daha çox yerli mütəxəssislər nəticə baxımından xeyr veriblər. Bunu balanslaşdırmaq lazımdır. Yeni inkişaf strategiyası planında bir çox istiqamətlər var ki, biz bunları məcburən xaricdən gətirib inkişaf etdirməliyik. Buna görə yaxşı mütəxəssislərə üz tuta bilərik. Təbii ki bununla bərabər yerli və təcrübəəli mütəxəssislərimizi də işlə təmin etməliyik. Yəni problemləri aradan qaldırmaq üçün bu vacibdir. Amma Premyer Liqamızda işləyən mütəxəssislər Azərbaycan mentalitetini bildiyi üçün onlar daha çox nəticəyə nail olublar.

- Millimiz hələ də dünya çempionatı səviyyəsinə qalxa bilmir. Bunun səbəni nədir?

- Burada bir çox problemlər var. Futbol elə bir idman növüdür ki, ölkənin əhali sayına, nüfuzuna və gücünə baxmır. Futbolun öz spesfik tələbləri var. O baxımdan bu nəticəyə nail olmaq üçün təbii ki, biz bu inkişaf proqramındakı punkları yerinə yetirməliyik. Uşaqlarımızı yetişdirib top klublar səviyyəsinə çatmalıyıq ki, dünya çempionatında nəticə əldə edə bilək. Buna zaman lazımdır. İndi atılan düzgün addımlar 5-10 ilə öz bəhrəsini verəcək.

- Futbolda olan problemlərimizdən biri də meydançalarla əlaqədardır. Sizcə nəyə görə meydança baxımından əziyyət çəkirik?

- Təbii ki, ən yaralı yerlərimizdən biri də meydanşa çatışmazlığı ilə bağlıdır. Meydançlareın sayını artırmaq lazımdır. Bu baxımdan keçmişdə Bakı klubunun meydançasının ləğv edilərək binaların tikilməsi, bölgələrdə olan stadionların baxımsız qalmasını qeyd edə bilərik. Bütün bunlar inkişaf üçün lazımdır. Prmeyer Liqa klublarımızın bir neçəsinin bir meydançada məşq keçir. İnkişaf üçün stadionun olması mütləqdir. Buna görə də stadionların sayını arıtrmaq eyni zamanda keyfiyyətini çoxaltmalıyıq. Qış dönəmində qar yağanda problemlərlə üzləşdik. O səbəbdən beynəlxalq standartlara cavab verən eyni zamanda istilik sistemləri olan stadionlar inşa edilməlidir. Həmçinin bu prosesdə suni yox təbii ot örtüyünə üstünlük verilməlidir.

- Azərbaycan Premyer Liqasında bu mövsüm Avrokuboka yüksələcək 3 komandanın adını çəkə bilərsiz?

- Premyer Liqadan Avropa zonasında hansı komandalarını düşəcəyi ilə bağlı söz demək çətindir. "Qarabağ" çempion olaraq Çempionlar Liqasında Azərbaycanı təmsil etməsi şüphə doğurmur. Qalan 3 yer üçün 2-ci və 4-cü yerdə gedən komandalar eyni zamanda da kubok uğrunda "Neftçi" və "Sabah" Avropa zonadında çıxış edə bilərlər. Hazırda Premyer Liqada 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedir. Fikrimcə turnir cədvəlində olan komandalardan biri gedəcək. Konkret nəsə deyə bilmərəm.

- Futzal üzrə millimiz Avro-2026-nin seçmə mərhələsində Yunanıstanla qarşılaşacaq bu barədə fikirləriniz öyrənmək istərdim?

- Bu barədə danışmaq biraz çətindir. Yunanıstanla millimiz mübarizə aparacaq. Bizim üçün vacib qarşılaşmadır. Ümid edirik ki, qələbə qazanaraq səfərdən Vətənə geri dönərərlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə