Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.
Gürcüstan yığması ilə keçirilən hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və millimiz ertəsi gün Bakıya qayıdacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə