5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə baş tutan aksiya Dənizkənarı Milli Parkın “Ağ şəhər” ərazisində yerləşən “Qənimətlər Parkı”nda təşkil olunub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın Olimpiya çempionları və titullu idmançılarının iştirak etdiyi aksiya zamanı “Çempionlar Xiyabanı”nın yaradılması məqsədilə parkın ərazisində 100 ədəd ağac əkilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il 5 mart – Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə