Kişi voleybolçular arasında XIV turun proqramı açıqlanıb

Kişi voleybolçular arasında XIV turun proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun proqramı açıqlanıb. SİA xəbər verir ki, turun hər üç qarşılaşması martın 5-də keçiriləcək.

Saat 14:00-da MOİK "Azərreyl"lə, 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə, 18:00-da isə "Neftçi" "Gənclər"lə üz-üzə gələcək.

Qeyd edək ki, hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə