XIII tura bu gün bir oyunla start veriləcək

XIII tura bu gün bir oyunla start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura bu gün bir oyunla start veriləcək. SİA xəbər verir ki, “Neftçi” MOİK-lə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək görüşə saat 16:00-da start veriləcək.

12 turdan sonra “Neftçi” hazırda turnir cədvəlində 15 xalla 4-cü pillədə qərarlaşıb. MOİK isə 5 xalla beşinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə