“Prezident gənc idmançılara hər zaman böyük diqqət və qayğı göstərir” - Olimpiya mükafatçısı DANIŞDI

“Prezident İlham Əliyev gənclərə və xüsusən biz gənc idmançılara hər zaman böyük diqqət və qayğı göstərir”. Bunu SİA-ya Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.

O, 2 fevral gənclər günü ilə bağlı danışıb.

Cəfərovun sözlərinə görə, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda idman sahəsi böyük inkişaf yolu keçib: “Gənc idmançılar üçün müasir idman kompleksləri, yeni stadionlar və məşq bazaları tikilib ki, bu da onların yüksək səviyyədə məşq etmələrinə imkan yaradır. Prezidentimizin bizlərə olan inamı və dəstəyi sayəsində beynəlxalq arenada uğurlar qazanırıq, ölkəmizi təmsil edərkən daha da motivasiyalı oluruq. Eyni zamanda cənab İlham Əliyev idmançıları davamlı olaraq nailiyyətlərimiz münasibətilə təbrik edir, bizlərlə görüşür, hətta öz doğum günündə belə “İlin idman yekunları” tədbirində bizlərlə birlikdə oldu. Bu da biz gənc idmançılara əlavə enerji və ruh yüksəkliyi verir. Ümumiyyətlə, İlham Əliyevin gənclərə verdiyi diqqət və qayğı, Azərbaycanda idman sahəsinin inkişafını və gənc nəsilin dünya səviyyəsindəki mübarizələrdə daha böyük uğurlar qazanması yolunda deyərdim ki,ən böyük qüvvədir”.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə