“Kubokda fərqli limit səbəbindən sistem tamamilə dəyişir". SİA xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Lənkəran” BK ilə (87:73) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib.
Mütəxəssis bildirib ki, oyun çətin keçib: "Düşünürəm ki, oyun maraqlı alındı. Uşaqlar hər şeyi düzgün etdilər. Rəqibin güclü və zəif tərəflərini bilirdik və layiqli qələbə qazandıq. Kubokun dörddəbir finalında bizi “Şəki”yə qarşı oyun gözləyir. Bu, çox güclü rəqibdir. Turnir cədvəli bunu sübut edir. Onlar öz qruplarında liderlik edirlər. Çətin olacaq. Amma bu oyuna hazır olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə