“Riskli futbola daha çox önəm veririk” - MÜSAHİBƏ

SİA xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda FCSB-yə 3:2 hesabı ilə məğlub olduqları VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında danışıb:

- Bu gün Buntiçi qapıya qoymağa peşman olduz?

- ⁠Xeyr. Peşman olmadım. Künc qollarında səhvləri ola bilərdi. Amma asan toplar deyildi.

- ⁠Rəqib barədə nə düşünürsüz?

- ⁠Fərqli komandadır. Bu il ən uğurlu seriyalarınl keçirdilər. Mənim daim döyüşkən kollektivdən xoşum gəlir.

- ⁠Rəqib komandanın baş məşqçisi sizin oyununuzu çox təriflədi və bəxtlərinin gətirdiklərini dedilər. Siz bəxtə inanırsınız?

- ⁠Bəlkə əvvəllər bəxtə daha çox inanırdım. Bəlkə gözləyirdim ki, bəxtimiz gətirər deyə. Bu yeni başladığım vaxtlarda olub. Amma ümumən daha çox əziyyət çəkmək lazımdır. Onda Allah bunun qarşılığını verir. Amma indi bu bəxt məsələsi mənə çatmır. Daha çox hücumda oynayırdıq, onlar isə müdafiəni daha üstün tuturdular.

- ⁠Avro kuboklarda mövsümü başa vurduq. Növbəti ildən komandanı gücləndirmək üçün hansısa addım atacaqsınızmı?

- ⁠Avropa təcrübəsinə baxsaq görərik ki, uğurlu komandalar 3-4 il heyəti formalaşdırır sonra enişlər olur. Təbii ki, bizdə böyük klublatı izləyirik. Bütün proseslərə baxırıq. Bir zamandan sonra tənəzzül olur. Bizim heyətdə 3-4 oyunçunu 2-ci hissədə saldıq. Bəzən heyətdə Juninyo kimi futbolçu kimi oyunçu olanda da məğlub oluruq. Oda bu şansı əldən verə bilir. Bir neçə oyunçunu komandaya dəvər etməyi mütləq düşünürəm. Bu qış aylarında çətin olur. Amma yazda bunu gərçəkləşdirəcəyik.

- ⁠Avropa Kubokundakı vəziyyət çempionatdakı çıxışınıza təsir edəcəkmi?

- ⁠Ola bilər. Çünki futbolçular çox üzgün idilər. Mütləq şəkildə çalışırıq ki, qarşıdakı oyunlara daha hazırlıqlı olsunlar. Son oyunumuz “Olimpiakos”dır. Buna qarşıda güclü hazırlaşmalıyıq. Lakin belə nəticədən sonra futbolçularda istər-istəməz üzücü nəticə olur.

- ⁠Hər hanslsa bir oyunçu FCSB-də sizi cəlb etdi?

- ⁠Hər xəttə lider futbolçuları var idi. Məşqçinin qurduğu oyun sxmeni düzgün yerinə yetirən oyunçular var idi. Bu mənim çox xoşuma gəldi. Ümumilikdə komandanı olduqca bəyənirəm. Təbii ki, transfer etmək üçün cəlb edən futbolçu oldu. Amma adını açıqlaya bilməyəcəm.

- ⁠Avroliqanın formatı dəyişildi. Bu “Qarabağ”ın uğursuz nəticələrinə necə təsir etdi?

- ⁠Bizim bu il Avropa turnirlərinə çox yaxşı hazırlaşmışdıq. Hətta yoldaşlıq oyunlarında bizim komandamız daha güvənilir idi. Qrup oyunlarında da sadəcə nəticə olmadı. Təbii ki, format təsir elədi. Amma oyunun gedişatında daha da hiss olundu ki, bu cür komandalara qarşı daha rahat oyanıyırıq. Mütləq şəkildə biz bu ildəm nəticə çıxartmalıyıq. Son illərdə biz riskli futbol oynayırıq. Hansısa oyunlarda ola bilər ki, futbolçularda ustalıq səviyysəi çatmayıb. Amma bu tip komandalara qarşı məğlubiyyət təsiredicidir. Gələn il görək bu formatda hansl turnirdə iştirak edəcəyik.

Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.

Banuçiçək Hüseynli

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə