""Bu evdəki son oyunumuz idi”. SİA xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda FCSB-yə 3:2 hesabı ilə məğlub olduqları VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis azarküşlərə təşəkkür edib: “Bizlərlə daim sonadək inandılar. Oyun barədə çox danışacaq fikrim yoxdur. Futbolfa bəzən düşünülməyən anlar var ki, biz onu gördük. Rəqibi təbrik edirəm. Biz qalib gələ də, bilərdik. Görünür hardada səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bu il bəlkə də ən uöursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda məğlub olduq. Buna da hazır olamlıyıq”.
Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə