Günümüzdə varlı kişi ilə birlikdə olmaq bir çox qadının arzusudur. Hətta analarımız bizimlə evlilikdən danışanda varlı oğlanlarla evlənmək barədə zarafatlaşırlar. Həmçinin, serial və verilişlərdə varlı kişilərlə evlənmək mövzusu da geniş yayılıb. Bütün bunlar onu göstərir ki, əksər qadınlar pullu kişilərlə evlənmək istəyirlər. Üstəlik, onların sayı günü-gündən artır.

Keçmişdə dünyada ən varlı adamlar idmançılar və aktyorlar idi. İndi gənclər çox riskli və gəlirli biznes sahələrində çalışırlar. Bir çox insanlar puluna və ya işinə görə deyil, öz fərdi xüsusiyyətlərinə görə sevilmək istəyirlər.

Həmçinin, maddi gücü yüksək olan bu kişilərin qadınlardan gözləntiləri çox yüksəkdir. Sevgilisinin çox gözəl olmasını və sosial mühitlərə asanlıqla uyğunlaşa bilməsini istəyirlər.

ABŞ-da aparılan araşdırmaya görə, varlı qadınlar maddi cəhətdən bərabər şəkildə gördükləri kişiləri cəlbedici hesab etdikləri halda, kişilərin partnyorlarında axtardıqları tamamilə fərqlidirlər. Yüksək gəlirli kişilər həmkarlarının fiziki xüsusiyyətlərinə görə seçim edərkən, yüksək gəlirli qadınlar sabit gəliri olan kişilərə üstünlük verirlər.

Chapman Universitetinin professoru David Frederik, "Bizi ən çox təəccübləndirən kişi və qadınlar arasındakı kəskin və hiss olunan fərqdir" deyib. Sorğuda iştirak edən qadınların 46 faizi partnyorlarının ən azı onlar qədər pul qazanmasının vacib olduğunu desələr də, kişilərin yalnız 24 faizi buna əhəmiyyət verdiklərini bildirib. Qadınların 66 faizi partnyorlarından uğurlu karyera gözlədiyi halda, kişilərin yalnız 33 faizi bunu gözləyir. Kişilərin 80 faizi partnyorunun fiziki xüsusiyyətlərinin gözəl olmasını istədiyi halda, qadınların 58 faizi kişilərin fiziki xüsusiyyətlərə diqqət yetirir.

Araşdırmalara görə, varlı kişilər digər kişi və qadınlara nisbətən bilmədikləri məsələlər haqqında danışmağı sevirlər. London Akademiyası və Avstraliya Katolik Universitetindən olan sosial elmlər üzrə ekspertlər qrupu tərəfindən aparılan araşdırmada cəmiyyətin hansı təbəqələrinin boş danışmağa daha çox meylli olduğu araşdırılıb.

Bəs, sevgi, yoxsa pul? Qızlar niyə varlı ər axtarışındadır? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Ümumiyyətlə, varlı ər bir seçimdir. Hər kəsin öz şəxsi fikri və seçimi var. Yəni, kimisə sırf varlı ər istədiyi üçün qınamaq olmaz. Lakin varlı ər istəyən qadınlarla varlı sevgili istəyən qadınlar arasında böyük bir fərq var. Bəziləri varlı ər adı ilə kiminsə ailəsini dağıdaraq özünə ər seçir. Bunlar arasında böyük fərq var.

Necə ki, qadınların bir çoxu varlı kişilərlə evlənmək istəyirsə, kişilərin bəziləri də varlı qadın axtarışındadır. Bunu hamıya şamil etmək olmaz. Amma əsasən belədir. Lakin qadınların kriteriyaları biraz daha fərqlidir. Qadınlar pullu kişilərlə yanaşı, ağıllı kişiləri sevirlər. Dünyada aparılan araşdırmalara görə, atasının hesabına varlı olan kişilərlə nisbətdə, öz ehsabına qazanan və varlı olan kişilər qadınlara daha çəıkici gəlir. Yəni, qadnın həm də ağıllı kişiyə ehtiyacı var.

Qadınlar həm də güclü kişiləri sevir. Çünki onların hamiləlik kimi həssas dönəmləri olur və bu zaman qayğıya xüsusi ehtiyacı olur.

Əsər qadınların sevdiyi digər kişi modeli isə sahiblənən kişidir. Lakin bu sahiblənmək sözdə deyil, əməldə də olmalıdır. Araşdırmalar göstərir ki, qadın sevildiyini və sahiblənildyini hiss etmək istəyir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə