Türkiyə ilə aviareyslər bərpa edilə bilər?

"Türkiyə ilə ölkəmiz arasında aviareyslərin həyata keçirilməsi məsələsi bizim tərəfimizdən də təsdiqlənməlidir". SİA-nın verdiyi məlumata görə, bunu brifinqdə TƏBİB-in sədri Ramin Bayramlı deyib.

O bildrib ki, hazırda dünya üzrə bəzi ölkələr tərəfindən beynəlxalq aviareyslərin təşkil edilməsi COVID-19 pasportu ilə tənzimləməyə çalışılır: "Lakin bunun nə dərəcədə effektiv olduğu hələ ki, məlum deyil. Qeyd edək ki, Türkiyənin Nəqliyyat Nazirliyinin açıqlamasına əsasən, 15 iyun tarixindən Azərbaycana uçuşların bərbə edilməsi nəzərdə tutulub".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə