Milli Observatoriyada əmək bazarı və sosial müdafiə sahəsində fəaliyyətlər təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəfəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləriüzrə Milli Observatoriyaya mediatur olub.

SİA xəbər verir ki, Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyintabeliyində olan qurumlarda vakant vəzifələrin tutulmasıməqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.

Onlara imtahanların təşkili prosesində tətbiq olunanqiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədəməlumat verilib.

Jurnalistlər daha sonra Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçünfunksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimintəşkil olunduğu bildirilib.

Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşlarınpeşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarınıngücləndirilməsinə yönəlib.

Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyadaəmək bazarının monitorinqi və sosial müdafiə sahəsindəaparılan tədqiqatlar barədə məlumatlandırılıblar.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə