Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələlər iüzrə Milli Observatoriyaya mediatur olub.
SİA xəbər verir ki, Milli Observatoriyanın fəaliyyəti ilə tanış olan media nümayəndələri qurumun Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan mərhələsini izləyiblər.
Onlara imtahanların təşkili prosesində tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədə məlumat verilib.
Jurnalistlər daha sonra Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində olub, buradakı təlim prosesini izləyiblər. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu bildirilib.
Qeyd olunub ki, təlimlərin əsas məqsədi əməkdaşların peşəkar inkişafına, idarəetmə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə yönəlib.
Mediatur zamanı iştirakçılar həmçinin Milli Observatoriyada əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumatlandırılıblar.