TikTok sosial şəbəkəsində mənasız bir gədə var. Düzdür, həmin sosial şəbəkədə gədələr çoxdur. Amma ən mənasızı məhz mənim bugünkü “qəhrəman”ımdır. Mən birbaşa cümləni belə başlayıram və nə dediyimin, niyə dediyimin də fərqindəyəm. Adı Məhəmməd Dənizdir.
Səhv etmirəmsə alkoqolizmdən və ya narkotik asılılığından müalicə alıb. Sözün düzü, onun həyat tərzi və yaşayışı mənə maraqlı deyil. Amma onu görəndə özümdən asılı olmayaraq əsəbləşirəm. Bu, sadəcə qıcıq deyil. Hesab edirəm ki, onun davranışı həm mənə, həm də cəmiyyətə hörmətsizliyin açıq nümayişidir.
Demək olar ki, heç bir işi-gücü yoxdur. Səmə-səmə əlində kamera düşüb kafe və restoranların canına. Beşi birinə dəyməyən kafeləri, pivəxanaları qəpik-quruşa reklam edir. Ona reklam verənlər elə bilirlər ki, məhz bu Məhəmmədə görə işləri xoda düşəcək, qazanları qaynayacaq, pivələri bakal-bakal satılacaq. Amma inanın, tam əksinədir.
Tam əminəm ki, məni kimi, bu Məhəmmədi görüb əsəbləşən heç vaxt onun "reklamlarına" inanıb o cür obyektlərə getməz. Onun fəaliyyəti həm obyekt sahiblərinin etibarını, həm də ictimai normaları alt-üst edir. Həmin obyekt sahiblərinin nəzərinə bir daha çatdırmaq istəyirəm: marketinq siyasətinizi düzgün qurun. Kafe və restoran üçün heç bir reklama ehtiyac yoxdur. Ən yaxşı reklam — təmizlik, yüksək xidmət, münasib qiymət və keyfiyyətli məhsullardır. Kamera arxasından “ulduzluq” edən Məhəmməd kimi mənasız simalar heç vaxt reklam üzü ola bilməz.
Məsələ bununla da bitmir. Bugünlərdə Məhəmməd Dəniz özü azmış kimi, azyaşlı uşağını da əlindən tutub pivəxana reklamına aparıb. Maraqlıdır, azyaşlı uşaq məktəbə və baxçaya getmir? Gedirsə, onun pivəxana reklamında nə işi var? Ümumiyyətlə, azyaşlı uşağın bu cür reklamda çəkilməsi nə dərəcədə düzdür? Bütün bunlardan əlavə, Məhəmməd və onun kimiləri çəkdikləri reklam roliklərinə görə vergi ödəyirlərmi, yoxsa bütün bunlar qanunsuz bir fürsətə çevrilib? Bu yalnız etik məsələ deyil, həm də açıq-aşkar bir hüquqi problemidir.
Mən heç bir sosial şəbəkənin əleyhinə deyiləm. Əksinə, sosial şəbəkələr bütün sahələr üçün olduqca faydalıdır. Amma əsas məsələ — onu necə və hansı məqsədlə istifadə etməkdir. TikTok problemi təkcə Məhəmmədlə bitmir. Məhəmməd ağılda, onun səviyyəsində olanlar isə kamera arxasından hoqqa çıxardır, cəmiyyətə mənfi təsir göstərir. Onların fəaliyyəti gənc nəsli yanlış yönləndirir, dəyərləri pozur və məsuliyyətsiz davranışı normal kimi təqdim edir.
Belə mənasız, bayağı və məsuliyyətsiz “TikTok qəhrəmanları”na qarşı ciddi tədbirlər görülməlidir. Cəmiyyəti bu tip insanların əlindən, əsl mənada xilas etməliyik. Bizə lazım olan sağlam, faydalı və məsuliyyətli nümunələrdir; belə mənasız təbliğat isə təkcə vaxt itkisidir, həm də cəmiyyət üçün açıq təhlükədir.
Və ən dəhşətli həqiqət budur ki, Məhəmməd kimi “ulduzlar” düşünür ki, onlar "nə isə" edir. Əslində, onlar yalnız qıcıq yaradır, ağıllı insanları əsəbləşdirir və cəmiyyətin sağlam düşüncəsini gülünc vəziyyətə salır. TikTok-un bu cür “qəhrəmanları” sanki özlərini böyük işlər görən kimi təqdim edir, amma reallıqda onlar yalnız mənasızlıq və boşboğazlıq nümunələridir.
Savalan Talıblı
Bütün xəbərlər Facebook səhifəmizdə