Dövlətə məxsus 2 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

SİA-nın məlumatına görə, xidmətdən bildirilib ki, hərracda iştirak etmək üçün 9 sifarişçi qeydiyyatdan keçib.

Rəqabətli keçən hərracda 2 nəqliyyat vasitəsi üzrə hərrac qalibləri müəyyənləşdirilib. Özəlləşdirilən nəqliyyat vasitələrinin yekun qiyməti ilkin satış qiymətindən 17,6 faiz yüksək olub. Digər 2 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə