“Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbirin açılış nitqini edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir bildirib ki, ölkə üzrə 2.6 dəfə pensiya, 2 dəfə isə əməkhaqqında artım müşahidə edilib: “Bu ilin sosial islahatlar pekti 3 milyon islahatı əhatə edib. Əlavə olaraq pensiya, təqaüdlər və s. üçün əlavə 1.4 milyon manat vəsait ayrılıb.
Eyni zamanda xidmətlərin rəqəmsallaşması istiqamətində də mühüm tədbirlər görülüb. Nazirliyin təqdim etdiyi 159 xidmətdən 140-ı elektronlaşdırılıb və hazırda elektronlaşdırma 90 faizi əhatə edir.
Həmçinin 2020-ci ildə 44 günlük vətən müharibəsindəki qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə mühüm tikinti və bərpa işləri həyata keçirilir. Bununla da köç prosesi ilə bərabər həmin ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də ciddi işlər görülüb. Bütövlükdə ölkəmizdə layiqli əməyin təmin olunur, məhsuldarlıq artırılır, sabit və keyfiyyətli iş yerləri yaradılır, işçi qüvvəsinin peşəkarlığı yüksəldilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə