"Ümumiyyətlə ölkəmizdə Çin və yapon avtomobillərinin sayı çoxalıb. Yapon avtomobilləri bazarda da özünü doğruldub. Çin avtomobilləri ilə bağlı müəyyən şübhələr var, müəyyən fikrlər səslənir. Ancaq hesab edirəm ki, zamanla bu da öz həllini tapacaq". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, insanlar bir növ Çindən gələn avtomobillərə güvənmək istəyir. "Bu güvəni yaratmaq da bir növ həmin avtomobil şirkətlərinin işidir. Həmin şirkətlər öz məhsullarına inam yaratmalıdırlar. İnsanlar da həmin avtomobillərdən rahat şəkildə istifadə etməyə arxayın olmalıdırlar. İndiki halda biraz bu məsələ ilə bağlı çətinliklər var. Ehtiyyat hissələrinin tapılmaması, bu avtomobil üzrə ustaların az olması bu çətinliklərin başlıca səbəbidir. Yapon avtomobilləri ilə bağlı onu deyə bilərəm ki, bazarda kifayət qədər alıcısı var. Həm Koreya, həm də Yaponiya istehsalı olan avtomobillərə tələbat hər zaman yüksək olub. Düzdü vaxtı ilə Koreya avtomobilləri ölkəyə gətiriləndə də şübhələr var idi, insanlar bu avtomobillərə güvənə bilmirdi, lakin zaman keçdikcə görürük ki, Koreya istehsalı olan avtomobillərə təlabat yüksəkdir. Çin avtomobillərinin də hamısı olmasa da bir çoxu özünü doğruldacaq. Mən buna inanıram. Bəzi modellər var ki, artıq özünü doğrultmağa başlayıb. Çünki bu işlə məşğul olan şəxslərin neçəsini tanıyıram ki, zay avtomobilləri Azərbaycana gətirmirlər. Hər halda avtomobildən tam əmin olduqdan sonra ölkəyə ixrac olunur. Amma təəssüf ki, bəzi şəxslər var ki, yararsız avtomobilləri də ölkəyə ixrac etməyə çalışırlar və buna da az da olsa nail olurlar. Müəyyən bir dövrdən sonra isə bu ixrac olunan avtomobillər bazardan itəcək. Amma təəssüf ki, bu, avtomobillərin qiymətinə görə insanlar tərəfindən alınır. İnsanlar yeni avtomobil alanda, seçim edəndə bu avtomobillərə üstünlük verirlər və alırlar. Bundan əvvəldə bəzi brendlər ölkəyə gəlmiş, lakin bir zaman keçdikdən sonra rəsmi satışları dayanmış və bağlanmışdır. O avtomobillər də qısa müddətdən sonra yoxa çıxmışdır. Ona görə də belə avtomobil alarkən diqqətli olmağı tövsiyyə edirik ki, sonra əzab-əziyyət olmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə