Niyə "Kişi kimi qadınam" deyirik? - ARAŞDIRMA

Evliliklərdə kişilərdən eşidilən ən böyük problemlərdən biri "Həyat yoldaşım mənə qarşı kişi kimi davranır". Deyirlər ki, "Həyat yoldaşımın davranışı, danışığı və bədən dili kişi kimidir". Bəs, bu nədən qaynaqlanır? Bir qadın niyə belə olur?

Hər bir qadının içində kişi tərəfi var. Ehtiyac olduqda isə bu kişilik üzə çıxır. Bəzən isə qadınlar dul qaldığı zaman həmin o kişi tərəfini üzə çıxarır və qanadlarının altına alaraq uşaqlarını qoruyur. Həm də bu yolla kişinin yoxluğu və boşluğunu doldurur.

Belə bir deyim var ki, "Qadının üçdə biri kişidir. Kişinin isə üçdə biri uşaqdır". Qadının üçdə biri kişi olsa da, evləndiyi zaman bunu nizama salır. Qadın güclü və əzmli kişi tərəfini gizli tutur. Evləndiyi zaman isə onun həyat yoldaşı kişi rolunu təmin etdiyi üçün qadın qadın kimi davranır. Bu zaman o kişi kimi davranmaz və danışmaz. Amma əgər qadının kişi tərəfi əri tərəfindən tamamlanmasa, bu zaman onun üçdə biri kişi olmağa başlayır.

Qadın evləndiyi zaman onun kişi tərəfini əri doldurmursa, yəni kişinin vəzifəsi olan işləri lazımi icra etmirsə, bu problemdir. Yəni, valideyn iclaslarına ancaq qadın yollanır, kommunal ödənişləri qadın ödəyir, evdəki təmir işlərini qadın həll edirsə, bu zaman qadında kişi hormonu artır. Qadına bir kişi olaraq "Mən pul qazanıram" adı ilə bunları yükləmək doğru deyil. Bu halda qadın dul qadın kimi davranır və onun kişi tərəfi üzə çıxır.

Türk mədəniyyətində bir qadın və ana torpaq olaraq tanımlanır. Əgər torpağa su verilməsə, o zamanla sərtləşər və daş kimi olar. Bu zaman bu torpaqda bitki yetişmir. Bir qadın da su yerinə sevgi almasa, o torpaq kimi sərtləşər. Qadın sevgi və diqqətlə qadınlığını hiss edir. Qadın sevildikcə və diqqət gördükcə qadınlıq tərəfi canlanır. Sevilməyən, diqqət görməyən, unudulan və önəmsənməyən qadın sevgiyə möhtac olan tərəfini yox edər. Bu da münasibətin sonu deməkdir.

Cinsi şəxsiyyət pozğunluğu insanların öz cinsinin bioloji cinsinə uyğun olmadığını hiss etdiyi bir vəziyyətdir. Cinsi kimlik insanın özünü kişi, yaxud qadın olaraq tanımasından ibarətdir. Cinsi oriyentasiya isə insanın partnyor seçimini müəyyən edir. Əgər kişilər belə hallarla qarşılaşmaq istəmirsə, öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirsinlər.

Transseksual olaraq doğulan insanlar üzərində aparılan araşdırmalar nəticəsində beynin cinsiyyətinin bədən cinsiyyəti ilə eyni olmadığı görülüb. Bir çox transgender insanlar da psixoloji problemlər yaşayırlar. Bu problemlərin yaranmasında ailə və sosial mühitin təsiri böyükdür. Bu insanlar yaşadıqları mühitdə kənarlaşdırıla, tərəfdaş tapmaqda çətinlik çəkə və bu vəziyyəti ailəsinə qəbul etməkdə çətinlik çəkə bilərlər. Bu səbəblə insanların psixoloji vəziyyəti ciddi şəkildə pisləşə bilər.

Transseksual anlayışı homoseksual anlayışı ilə qarışdırılmamalıdır. Gey kişinin partnyor seçimi yenə kişi, homoseksual qadının partnyor seçimi yenə də qadın olacaq. Homoseksuallıq əlaqəyə, transseksuallıq isə cinsi oriyentasiyaya deyil, şəxsiyyət narahatlığına aiddir. Transseksuallıq isə hiss etdiyi cinsi şəxsiyyətin cinsi bədəni ilə uyğunsuzluğu kimi izah edilə bilər.

Misal üçün, fiziki olaraq kişi bədənə malik olan, lakin özünü qadın kimi hiss edən bir şəxsi götürək. Onun həqiqətən etmək istədiyi şey, güzgü qarşısında makiyaj etmək, istədiyi geyimi geyinmək, ruhunu əks etdirməyən və fiziki xüsusiyyətlərinin tələblərinə uyğun hərəkət etməkdir. Bu fərdlərin bədənlərinə baxmayaraq hiss etdikləri kimi geyinmələri onların cəmiyyətdən kənarda qalmasına səbəb ola bilər.

Qadın özünü kişi kimi hiss etdikdə bu zaman evində və həyatında ciddi dəyişikliklər baş verir ki, bu dəyişikliklər də, əsasən, mənfiyə doğrudur. Çünki qadın evin enerji mənbəyidir. Bu, onun üzərindən həyat yoldaşına, işinə, uşaqlarına və evinə təsir edir. Bu təsirləri nəzərə alaraq, uşaqlar ananı ata ilə səhv sala bilər.

Bir çox ailələrdə doğulan qız uşaqları ilə oğlan kimi rəftar edirlər. Bu, öz qorxularımızdan irəli gəlir. Belə ki, uşaq zorakılığa və şiddətə məruz qalar deyə bu narahatlıq bizdə formalaşır. Bu səbəbdən də onları təlqin edirik ki, "Sən oğlan kimisən". Bəlkə heç o özünü oğlan kimi hiss etmir?!

Bunun bir çox fəsadları olur. Qızlarda somatik problemlər yarana bilir və ya ailə həyatı qurmaqda çətinlik çəkə bilirlər. Özlərini "Kişini kimi hiss edən qadın olmaq" fəxr olunası məqam kimi görünsə də, bu, əslində, böyük bir problemdir və ciddi şəkildə məşğul olmaq lazımdır. Bu qadınlarda qadın enerjisi mütləq sağlam formada artmalıdır. Bunu qadın özü həll edə bilmirsə, mütəxəssisə müraciət etməlidir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə: "Cinsi inkişafda "Cinsi rol" deyilən bir termin var. Bu, bir kişinin, yaxud qadının cinsi rolu, hərəkəti və davranışının necə olduğunu bildirir. Qadın kişi kimi ola bilər. Kişidə də qadın xüsusiyyətləri ola bilər. Amma bu, o demək deyil ki, bu pozuntudur. Bu, tamamilə normal bir şey sayılır, insanın öz içindən gələn bir roldur və cinsi oriyentasiya ilə əlaqəsi yoxdur.

Kişi kimi qadınlar daxilən çox güclü olur. Onlar kişilərin bəyəndiyi iş, oyun və ya istirahətləri sevir. Həmçinin, onlar idman növlərində kişilərin üstünlük verdiyi daha sərt hərəkətləri edir. Adətən, kişilər belə qadınları bəyənir. Amma ailə qurmaq üçün bu tip qadınlardan çəkinirlər. Çünki bir çox kişi belə qadınların yanında özünü zəif hiss edir.

Son olaraq qeyd edim ki, bir qadının belə olması patologiya və ya psixoloji pozuntu deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə