...Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya neftinə sərt sanksiyalar tətbiq etməklə səhv edib - məhdudiyyətlər “Rosneft” və “Lukoil” şirkətlərini hədəf alır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph xəbər verir. Jurnalistlərin Trampın Moskvaya qarşı "həddini aşıb-aşmadığı" ilə bağlı suallarını cavablandıran Orban belə cavab verib: “Macarıstan baxımından bəli. Biz bu vəziyyətdən, ilk növbədə Macarıstan üçün çıxış yolu axtaracağıq”.
Qeyd edək ki, Macarıstan, Slovakiya kimi, Rusiya enerjisinin ən böyük idxalçılarından biri olaraq qalır. Vaşinqtona səfər etməyə hazırlaşan Orban həm Tramp, həm də Vladimir Putinlə yaxşı münasibətlər saxlamağa çalışır.
Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Macarıstanın Rusiya neftindən asılılığını 61-dən 86 faizə qədər artırıb, ölkə isə ildə təxminən 8 milyard kubmetr qaz istehlak edir.
Macarıstan nazirləri iddia edirlər ki, real alternativ yanacaq mənbələri olmayan quru yolu olmayan bir ölkə kimi Macarıstan Rusiyadan neft almaqdan imtina edə bilməz.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB