"Mənfi proqramlar cəmiyyətdə radikallığın artmasına səbəb olur" - SOSİOLOQ DANIŞDI
"Sosial davranışlar dedikdə, cəmiyyət daxilində fərdlərin bir-biri ilə münasibət və əlaqə qurarkən sərgilədiyi hərəkətlər, davranışlar başa düşülür". Bunu SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
.jpg)
Onun sözlərinə görə, bu davranışlar ümumiyyətlə fərdin sosial mühitə uyğunlaşmasını təmin edi: "Eyni zamanda, fərdin hal-hazırda cəmiyyətdə oturuşmuş mövcud sosial norma və qaydalara əməl etmə məsuliyyətini formalaşdırır. Bir növ sosial davranışlar cəmiyyətdə daha əvvəl formalaşmış sosial faktlara əsaslanır. Yəni cəmiyyətdə qanun qaydaları necədir, əxlaq kodeksi, dini və əxlaqi yasaqlar nədən ibarətdir – bütün bunları nəzərə alan davranış formalarını sosial davranış adlandıra bilərik.
Sosial davranışlar bir qayda olaraq ətraf mühitdən təsirlənir. Yeni cəmiyyətin sosial mühiti, oradakı tendensiyalar, hətta ideologiyalar və informasiya texnologiyalarının yaratdığı təsirlər – bütün bunlar kompleks şəkildə cəmiyyətdə ümumi sosial davranışın formalaşmasına öz təsirini göstərir. Ümumiyyətlə, sosial davranışlar iki növə ayrılır: müsbət və mənfi. Müsbət sosial davranışlara yardımlaşma, paylaşmaq, digərinə dəstək olmaq, yeni situasiyaya uyğun davranış göstərmək misal ola bilər. Mənfi sosial davranışlara isə aqressivlik, radikallıq, kobud rəftar aid edilə bilər.
Bu günkü gün televizya proqramlarını sosial davranışlar kontekstində qiymətləndirdikdə, nəticə mənalı şəkildə ortaya çıxır. Nə qədər yeni sosial platformalar günümüzün reallığına çevrilmiş olsa da, insanlar sosial şəbəkələr üzərindən aktiv fəaliyyət göstərsələr də, televiziyalar və televiziya proqramları cəmiyyətin sosial mühitinə böyük təsir göstərir. Əgər televiziya proqramları öz məzmunu etibarilə milli-mənəvi dəyərlərə, əxlaqi prinsiplərə, ümumilikdə ictimai nizama, şəxsiyyətin sosiallaşmasına və mədəni mühitin inkişafına töhfə verirsə, bu cür proqramlar sosial davranışlara müsbət təsir göstərəcəkdir. Əksinə, əgər televiziya proqramları şou, əyləncə, bayağı, mənasız və heç bir mənəvi yük daşımayan proqramlarla zənginləşəcəksə, o zaman bu verilişlər cəmiyyətdə fərdin sosiallaşmasına, mədəni səviyyənin aşağı düşməsinə, cəmiyyət daxilində nizamın pozulmasına, hətta radikallığın və kobud davranışların artmasına neqativ təsir göstərəcəkdir.
Fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, televiziyada yayımlanan proqramların ümumi cəmiyyətin sosial mühitinə çox böyük təsiri vardır. Bu təsir iki formada ola bilər: müsbət və mənfi. Bunun üçün televiziya proqramları öz fəaliyyətində yalnız kommersiya maraqlarını əsas götürməməlidir. Sosial-mədəni formatlı verilişlərin yayılması və bu cür verilişlərin çoxalması ümumi cəmiyyətdə müsbət auraya, mühitə təsir göstərir və konkret sosial davranışlara öz töhfəsini verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB