Hindistan neft emalı zavodları Rusiya neftinin alışlarını boykot elan etdi...

Indian Oil neftin alınması üçün tender elan etdi…

...ABŞ-ın yeni sanksiyalarının tətbiqindən bəri Hindistan neft emalı zavodları Rusiya nefti üçün yeni sifarişlər verməyib.

SİA-nın məlumatına görə, Reuters agentliyi sənaye mənbələrinə istinadən xəbər verir ki, bu barədə The Moscow Times qəzeti yazıb.

Agentliyin mənbələrinə görə, Hindistan neft emalı zavodları səlahiyyətlilərdən və təchizatçılardan aydınlıq gözləyir. Tramp administrasiyasının bloklama tədbirləri Rusiyanın ən böyük neft şirkətləri olan “Rosneft” və “Lukoil”-ı hədəf alıb və bu şirkətlər istehsal və ixrac edilən hər ikinci barel neftin payına düşür.

Hindistan neft sektorundakı mənbə Reuters agentliyinə bildirib ki, “Sanksiyalı şirkətlərlə əlaqəli treyderlərdən əvvəllər sifariş edilmiş bəzi göndərişləri ləğv etdik”.

Digər bir mənbə isə sanksiyalı şirkət əməliyyatda iştirak edərsə, bankların sadəcə "ödənişləri emal etməyəcəyini" bildirib.

Mənbələr bildirib ki, Rusiya barellərini əvəz etmək üçün dövlətə məxsus Indian Oil neftin alınması üçün tender elan edib və Reliance Industries spot alışlarını artırıb.

Hakimiyyət orqanları “Rosneft” və “Lukoil”-dan neft alıb son müştərilərə yenidən sata biləcək vasitəçi şirkətlər şəklində vasitəçilərdən istifadə etməyi düşünmür.

Hindistan hökumətindəki mənbə Reuters agentliyinə bildirib ki, Hindistan şirkətləri treyderlər tərəfindən təchiz edilən “Rosneft” və “Lukoil” neftini almayacaq.

O əlavə edib ki, Hindistan şirkətlərinin Rusiya nefti üçün nə vaxt yeni sifarişlər verəcəyini proqnozlaşdırmaq çətindir. Sentyabr ayında Hindistan Rusiyadan gündə 1,6 milyon barel neft alıb ki, bu da idxal ehtiyacının 36 faizini ödəyib.

Ən yüksək həddə, bu ilin aprel-iyun ayları arasında tədarük gündə təxminən 2 milyon barelə çatıb.

Rusiya neft istehsalçıları üçün Hindistan dəniz yolu ilə neft ixracı üçün ən böyük bazara və bütün daşınmalar (boru kəmərləri daxil olmaqla) nəzərə alındıqda Çindən sonra ikinci ən böyük alıcıya çevrilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə