Kia EV4 GT brendin yeni elektrik idman avtomobili olmağa hazırlaşır...
...SİA-nın məlumatına görə, Kia, kompakt elektrik krossoverinin ən güclü versiyasının tezliklə təqdim olunacağını təsdiqləyən kamuflyajlı EV4 GT prototipinin şəkillərini yayımlayıb.
Xarici görünüşdən yeni model standart EV4-dən özünəməxsus təkərləri və turşu yaşılı əyləc kaliperləri ilə fərqlənə bilər.
Asqı, ehtimal ki, standart versiyadan daha aşağı olacaq, baxmayaraq ki, bu, hələ rəsmi olaraq təsdiqlənməyib.
İçəridə gücləndirilmiş yan dəstəkli oturacaqlar, daxili bəzəkdə yaşıl vurğular və dinamik sürücülük zamanı aktivləşən fərqli bir cihaz paneli qrafikası olacaq.
Şirkət hələlik güc aqreqatı haqqında ətraflı məlumat vermir. Xatırladaq ki, standart versiya 204 at gücündə elektrik mühərriki ilə təchiz olunub.
GT versiyasının həmçinin 81,4 kVt/saatlıq batareya və tam ötürücü sistemi alacağı gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB