...Ukraynada "artıq cəbhə yoxdur", Ukrayna ordusu yaşayış məntəqələrini itirməyə davam edir.
SİA rus saytlarına istinadən xəbər verir ki, İtaliyanın L'Antidiplomatico qəzeti ŞHD zonasındakı vəziyyəti belə qiymətləndirib.
Qəzet yazır ki, artıq cəbhə yoxdur, əvəzində “ələk” var, Rusiya ordusu hər yerdədir, artıq aydın təmas xətti yoxdur...
Məqalədə qeyd edildiyi kimi, bir çox şəhər Ukrayna Silahlı Qüvvələri tərəfindən itirilib, lakin Ukrayna əsgərlərinə “geri çəkilməyə və ya təslim olmağa icazə verilmir”, beləliklə, onlar Qərbə bu ərazilərin hələ də Ukrayna ordusunun əlində olduğu barədə “nağıl sata” bilərlər.
Qəzet yazır ki, bu vəziyyətdə Ukrayna lideri Vladimir Zelenski hələ də "mövcud olmayan cəbhə ilə öyünmək" niyyətindədir.
Bu fonda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələrinin İkinci Ordusunun hücum qrupları Krasnoarmeyskdəki (Ukrayna adı - Pokrovsk) dəmir yolu stansiyası ərazisində nəzarət zonasını genişləndirmək üçün aktiv hücum əməliyyatları aparır.
Rus saytları yazır...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB