“Ən yaxşı halda “Qarabağ” oyundan bir xal qazana bilər” - EKSPERT AÇIQLADI

UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz noyabrın 5-də "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Çelsi"yə qarşı meydana çıxacaq. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı futbol eksperti Vüsal Mahmudov SİA-ya açıqlamasında bildirib ki, "Qarabağ”ın “Çelsi” ilə qarşılaşmasında xal qazanmaq şansı yoxdur.

Onun sözlərinə görə, bunun bir neçə əsas səbəbi var: “İlk növbədə, “Qarabağ”ın əvvəlki oyun təcrübəsi göstərib ki, ingilis rəqiblərlə mübarizə aparmaq çətindir. Son zamanlar “Qarabağ”da performansın bir qədər enməsi də müşahidə olunur. Bunun əsas səbəblərindən biri, heyətin kifayət qədər geniş olmamasıdır. "Atletik" "Bilbao" və “Şamaxı” ilə oyunlar da bu vəziyyətin bariz nümunəsi oldu. Komanda bəzi epizodlarda yaxşı oynasa da, sabitliyi qorumaqda çətinlik çəkdi. Ən yaxşı halda “Qarabağ” oyundan bir xal qazana bilər. Amma o da çətin görünür”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə