Bu gün Azərbaycanda qadınların və gənc qızların təhsili daha çox diqqət mərkəzindədir. Elm və təhsil naziri bildirib ki, hələ də qızların təhsilində qarşıya çıxan bir sıra məhdudiyyətlər mövcuddur və onların tam potensialını reallaşdırmaq üçün əlavə dəstəyə ehtiyac var. Araşdırmalar göstərir ki, ali təhsil almış anaların övladları da daha savadlı olur.
Bəs, bu çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atıla bilər? Qızların məktəbə davam etməsinə ən böyük maneə nədir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, qızların təhsilə davamiyyətində müəyyən geriləmə müşahidə olunur:
“Qızların erkən əməyə cəlb olunması bu məsələlərdə müəyyən problemlər yaradır. Xüsusilə bölgələrdə qızlar daha tez əməyə cəlb olunur. Bu da tədrisdən yayınma hallarına səbəb olur. Bakı və Bakı ətrafı kəndlərdə 6-cı və 7-ci sinifdə oxuyan qızların təhsil alması böyük problemə çevrilib. Hətta elə kəndlər var ki, orda bu, ciddi problem yaradır. Dərsdən yayınma ilə bağlı valideynlərə cəza tətbiq olunmalıdır ki, bu kimi hallar artmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB