Volodin "Burevestnik"in əhəmiyyətini izah edir...

Rusiyanın ən yeni nüvə enerjisi ilə işləyən kruiz raketi "Burevestnik" sadəcə bir silah deyil, "bütün dünyada ədalət hüququnun qarantı" və Rusiyanın suverenliyinə və azadlığına qəsd edən hər kəsə cavabdır.

SİA xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu açıqlamanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib.

..."Burevestnik" Rusiyanın suverenliyinə və azadlığına qəsd etməyə cəhd edənlərə cavabdır. Bu silah bütün dünyada ədalət hüququnun qarantıdır, - Volodin plenar iclasda bildirib. Dövlət Dumasının spikeri deputatları dünyanın heç bir yerində analoqu olmayan silahın yaradılmasında iştirak edən alimlərə, mühəndislərə və hər kəsə təşəkkür etməyə çağırıb. O, həmçinin Prezident Vladimir Putini təbrik etməyi təklif edib, o, "ona inanıb və onun effektivliyini təmin etmək üçün hər şeyi edib".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə