Cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yardım göstərilib - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli", habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslərin qəbulu davam edir. Vəkillər Kollegiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Alibi” Vəkil Bürosunun vəkilləri 10 saylı cəzaçəkmə müəssisəsində, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara pulsuz hüquqi yardım göstəriblər.

Ümumilikdə 40-a yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə