Niderlandın xarici işlər naziri Kiyevdə səfərdədir...
...Hollandiyanın xarici işlər naziri David van Veel Ukraynanın enerji sistemini dəstəkləmək üçün vəsait ayrıldığını açıqladı.
SİA-nın məlumatına görə, o, bunu sosial mediada yazıb. Hazırda Kiyevdə səfərdə olan Van Veel, Ukrayna üçün avadanlıq, təcili təmir və qaz alışı üçün 25 milyon avro ayrıldığını açıqlayıb.
O, həmçinin Rusiyaya güclü təzyiqin davam etdirilməsinin vacib olduğunu qeyd etdi.
Buna görə də, o, Hollandiyanın Rusiya Təcavüzü Cinayətinə dair Xüsusi Tribunalın yaradılmasının ilkin mərhələlərində iştirak edəcəyini açıqlayıb.
...Rusiyanın müharibə cinayətlərinin cəzasız qalmamasını təmin etməliyik, - deyə Hollandiyanın xarici işlər naziri əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB