Azərbaycanın Şirvan şəhərində dalbadal üç zəlzələ qeydə alınıb

Azərbaycanın Şirvan şəhərində dalbadal üç zəlzələ qeydə alınıb

Azərbaycanın Şirvan şəhərində dalbadal üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, martın 14-ü saat 11.52-də Şirvan şəhərindən 40 km şimali-şərqdə zəlzələ baş verib. Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bala, Şirvan və Hacıqabulda 3 bala, Sabirabadda 2 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb.

 

İkinci təkan saat 12.14-də Şirvan şəhərindən 35 km şimalda baş verib. Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bala, Şirvan və Hacıqaqbulda 3 bala, Sabirabadda 2 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb.

 

Üçüncü təkan saat 12.26-da Şirvan şəhərindən 35 km şimalda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə