“Bizim vəzifəmiz korrupsiyaya aparılan yolları qapamaqdır”-MÜNASİBƏT

“Bizim vəzifəmiz korrupsiyaya aparılan yolları qapamaqdır”-MÜNASİBƏT
"Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məsələsi daim diqqət mərkəzində olub. 1994-96-cı illərdə korrupsiyaya qarşı Dövlət Proqramı hazırlanıb. Ona müvafiq olaraq tədbirlər həyata keçirilib. İldə 2-3 dəfə həm Prezident Administrasiyasına, həm Nazirlər Kabinetinə, həm də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumatlar veririk". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. O bildirib ki, 2007-2011-ci illərdə isə Şəffaflığın Artırılması üzrə Milli Strategiya hazırlanıb və buna müvafiq olaraq da bütün idarə və təşkilatlar tədbirlər həyata keçiriblər.

"Korrupsiyanı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi müəyyən edir. Bizim vəzifəmiz korrupsiyaya aparılan yolları qapamaqdır ki, bu hadisələr baş verməsin. Şəffaflığı təmin etmək üçün komitədə "Qaynar xətt" yaradılıb. "Qaynar xəttə" müxtəlif səbəblərdən şikayətlər daxil olub. Şikayətlərin verilməsində əvvəl bir axın oldu. Belə ki, əgər əvvəllər gün ərzində 150-200 zəng olurdusa, bu gün bu rəqəmlər 5-ə düşüb. Bir şeyi bilmək lazımdır ki, komitə olaraq bizim balansımızda bir qarış da olsa torpağımız və torpağa sərəncam vermək səlahiyyətimiz yoxdur, yalnız nəzarət funksiyamız var. Əgər dövlət torpağıdırsa, müvafiq rayonların icra başçıları, bələdiyyə torpağıdırsa, müvafiq bələdiyyələrin sədrləri sərəncam verir. Komitə olaraq biz torpağa sərəncam vermirik", - deyə o əlavə edib.

Q.Məmmədov vurğulayıb ki, şəffaflığın təmin olunması üçün "Bələdiyyə torpaqlarının idarə olunması haqqında" qanunun 9-cu maddəsində bələdiyyənin torpaqları birbaşa, bilavasitə və hərrac-müsabiqə yolu ilə satıla bilməsi göstərilir. Onun sözlərinə görə, bələdiyyələr də əksər hallarda "birbaşa" sözündən istifadə edərək torpaqların satılması üçün hansısa formada danışıqlar aparır və sonra sərəncam verilir: "Bu da neqativ hallara gətirib çıxarırdı. Hətta elə hallar olub ki, bu vəsait bələdiyyənin büdcəsinə də ödənilməyib. Biz də şəffaflığın artırılması üçün ölkə prezidentinə, Nazirlər Kabinetinə müraciət etdik. Nəticədə nail olduq ki, "Bələdiyyə torpaqlarının idarə olunması haqqında" qanundan birbaşa sözünü çıxartdırıldı. Artıq bələdiyyə torpaqları yalnız hərrac və müsabiqə yolu ilə satılır. Bələdiyyələr tərəfindən 2009-2010-cu illərdə 3 minə qədər torpaq alqı-satqısı aparılıb və bu proseslə bağlı komitəyə yalnız 2 əsassız şikayət daxil olub. Bunun özü bir daha rüşvət faktının olub-olmadığını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə