Məhkəmə və mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim keçirilib

Məhkəmə və mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən "Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları" mövzusunda təlim keçirilib. DQMK-dan SİA-ya verilən xəbərə görə, təlimlər 21 və 29 oktyabr tarixlərdə dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqə və müsahibələrdə müsahibə qrupunun üzvü kimi iştirak edəcək məhkəmə hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının struktur bölmə rəhbərləri və digər əməkdaşları üçün təşkil olunub.

Təlimi giriş sözü ilə açan DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli vətəndaşların dövlət qulluğuna qəbulunun obyektivlik və şəffaflıq əsasında müsabiqə və müsahibə vasitəsilə aparıldığını qeyd edərək bu sahədə komissiyanın tətbiq etdiyi yenilikər barədə təlim iştirakçılarına məlumat verib.
Təlimdə komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva "Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları" mövzusunda təqdimatla çıxış edib və namizədlərin potensialının müvafiq vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərinin istifadə etməli olduqları müsahibə texnologiyaları barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə