“Bu gün gələcəyinizə təsir edəcək mühüm qərarlar qəbul edilir” -MUXTAR BABAYEV

“Bu gün gələcəyinizə təsir edəcək mühüm qərarlar qəbul edilir” -MUXTAR BABAYEV

Bu gün çıxışımı birbaşa sizə, gənclərə ünvanlanan mesajla başlamaq istəyirəm. Qarşınızda olan imkanları dərk edin. Sizin bilikləriniz, ideyalarınız və seçimləriniz qarşıdakı yolun formalaşmasında mühüm rol oynayacaq.
SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün gələcəyinizə təsir edəcək mühüm qərarlar qəbul edilir. Biz iqlimlə bağlı sazişlər üzərində danışıqlar aparır, siyasətlər müəyyənləşdirir və investisiya qərarları qəbul edirik. Nəticə etibarilə, bütün bu qərarların formalaşdırdığı dünyanı sizə miras qoyacağıq.

Çox keçmədən bir çoxunuz mühüm qərarlar qəbul edən alimlər, tərcüməçilər, mühəndislər, diplomatlar, siyasətçilər və biznes liderləri olacaqsınız. Buna görə də siz yalnız sabahın liderləri deyilsiniz. İqlim fəaliyyəti istiqamətində sizin töhfəniz artıq bu gün əhəmiyyət daşıyır.

Siz ekstremal hava hadisələrindən tutmuş su və ərzaq təminatına olan təzyiqə, sürətlə dəyişən ekosistemlərə qədər ciddi çağırışlarla üzləşəcəksiniz. Lakin bu çağırışlar eyni zamanda yeni imkanlar da yaradır. Yeni texnologiyalar, yeni sənaye sahələri və süni intellekt mümkün olanların sərhədlərini dəyişir.

Ehtiyac duyacağımız bəzi həllər hətta bu gün bu zalda əyləşən insanlar arasından meydana çıxa bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə