" "Fast food" məhsullarının üstünlüyü sadəcə qısa müddətdə hazırlanmasıdır" - QİDA EKSPERTİ
"Fast food məhsullarının müntəzəm qəbulu insan orqanizmi üçün müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər".
Bu sözləri SİA-ya açıqlamasında Texnika elmləri doktoru, qida eksperti, UNEC-in dosenti
Elsevər Fərzəliyev bildirib.
Onun sözlərinə görə, ilk növbədə, bu qidalarda geniş istifadə olunan qida əlavələri (E qrup əlavələr), dadlandırıcılar və rəngləndiricilər maddələr mübadiləsində təbii şəkildə iştirak etməyən komponentlərdir:
"Orqanizm bu maddələri zərərsizləşdirmək və xaric etmək üçün əlavə enerji sərf edir ki, bu da uzunmüddətli dövrdə orqanizmin yüklənməsinə və zəifləməsinə səbəb ola bilər.
Bundan əlavə, fast food məhsulları adətən yüksək kalorili, yağlı və şəkərli olduğuna görə onların tez-tez istehlakı artıq çəki və piylənmə riskini artırır. Məsələn, ABŞ-da fast food qidalarının geniş yayılması piylənmə hallarının artmasının əsas səbəblərindən biri kimi göstərilir.
Elmi araşdırmalar da təsdiq edir ki, fast food məhsullarının müntəzəm istehlakı ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə və digər sağlamlıq problemlərinin yaranma riskini artırır. Xüsusilə, qidalarda istifadə olunan E qrup əlavələr müəyyən edilmiş gündəlik qəbul normasını aşdıqda insan orqanizminə mənfi təsir göstərə bilər. Bu səbəbdən dünyanın bir çox ölkəsində həmin əlavələrin təhlükəsiz gündəlik qəbul həddi müəyyən edilmişdir.
Fast food yeməklərinin əsas üstünlüyü onların qısa müddətdə hazırlanmasıdır. Lakin bu sürətli hazırlıq prosesində istifadə olunan müxtəlif əlavələr və yarımfabrikat məhsullar sağlamlıq baxımından arzuolunan hesab edilmir. Bəzi hallarda dadlandırıcı və rəngləndirici maddələr keyfiyyəti aşağı olan və ya xüsusiyyətləri dəyişmiş inqrediyentlərin qüsurlarını gizlətmək məqsədilə istifadə olunur. Bu isə məhsulun daha cəlbedici görünməsinə və dadının yaxşılaşdırılmasına xidmət etsə də, onun qida dəyərini artırmır.
Bütün bunları nəzərə alaraq, fast food məhsullarının tez-tez istehlakı tövsiyə edilmir. Sağlam həyat tərzinin qorunması üçün təbii, balanslaşdırılmış və qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi daha məqsədəuyğundur".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173


.jpg)

USD
EUR
GBP
RUB