"Böyük Qayıdışın davamlı uğuru düzgün əməkdaşlıqdan keçir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdışın davamlı uğuru düzgün əməkdaşlıqdan keçir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış proqramının uğurlu icrasında beynəlxalq tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, xarici dövlətlər, beynəlxalq təşkilatlar və maliyyə institutları infrastrukturun bərpası, dayanıqlı inkişaf layihələrinin maliyyələşdirilməsi, mina təmizlənməsi, ekoloji reabilitasiya və ağıllı şəhər konsepsiyalarının tətbiqi kimi istiqamətlərdə texniki və maliyyə dəstəyi göstərə bilərlər:

"Eyni zamanda, beynəlxalq əməkdaşlıq Qarabağda həyata keçirilən bərpa və yenidənqurma proseslərinin daha geniş beynəlxalq legitimlik qazanmasına və bölgəyə investisiya marağının artmasına töhfə verə bilər.

Bununla yanaşı, müəyyən risklər də mövcuddur. Geosiyasi rəqabət, bəzi xarici aktorların regionda siyasi təsir imkanlarını genişləndirmək cəhdləri və Azərbaycanın daxili prioritetlərinə uyğun gəlməyən şərtlərin irəli sürülməsi layihələrin icrasına mənfi təsir göstərə bilər. Bu baxımdan, xarici tərəfdaşlarla əməkdaşlığın Azərbaycanın suverenliyi, milli maraqları və dövlətin müəyyən etdiyi inkişaf strategiyası əsasında qurulması Böyük Qayıdış proqramının uzunmüddətli və dayanıqlı nəticələr verməsinin əsas şərtlərindən biridir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə