"23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü dövlət idarəçiliyinin səmərəliliyində, vətəndaş-məmur münasibətlərinin formalaşmasında və ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsində dövlət qulluqçularının rolunu vurğulayan əlamətdar tarixdir".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
_(1)_(1)_(2)_(1).jpg)
Onun sözlərinə görə, müasir dövrdə dövlət qulluğu yalnız inzibati funksiyaların icrası deyil, həm də şəffaflığın, hesabatlılığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edən mühüm idarəetmə institutudur: "Dövlət qulluqçularının peşəkarlığı və etik davranışı dövlətə ictimai etimadın formalaşmasında həlledici amillərdən biridir.
Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi istiqamətində son illərdə həyata keçirilən islahatlar idarəetmənin daha çevik, rəqəmsal və nəticəyönümlü modelə keçidini sürətləndirib. Dövlət xidmətlərinin elektronlaşdırılması, kadr siyasətində peşəkarlıq meyarlarının gücləndirilməsi və insan resurslarının inkişafına verilən önəm bu sahənin strateji əhəmiyyətini daha da artırır. Dövlət Qulluqçularının Peşə Bayramı Günü bu məsuliyyətli fəaliyyət sahəsində çalışan şəxslərin əməyinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, dövlət idarəçiliyinin gələcək inkişaf prioritetlərini də bir daha gündəmə gətirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB