“Bu görüş möhkəm sarsılmaz birliyimizin növbəti bariz nümunəsi oldu” - ŞƏRH EDİLDİ

“Azərbaycan və Türkiyə prezidentlərinin görüşü həmişə mühüm hadisədir. Bu, çox ciddi siyasi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, biz “bir millət, iki dövlət”ik, bütün məsələlərdə eyni mövqedən çıxış edirik və bir-birimizin güclü olmasında maraqlıyıq:

“Buna baxmayaraq iki qardaş ölkənin görüşləri münasibətləri yenidən nəzərdən keçirmək, yeni əməkdaşlıq sahələri tapmaq və dünya birliyi qarşısında qardaşlığımızı nümayiş etdirmək üçün çox yaxşı imkandır.

Türkiyə artıq illərdir ki, çox nüfuzlu beynəlxalq forumlara ev sahibliyi edir və görünən odur ki, bu forumlara maraq böyükdür. Forum iştirakçıları dünya qarşısında duran bir çox məsələlərlə bağlı öz töhfələrini verirlər.

Cənab Prezidentimizin Azərbaycanın böyük dostu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü möhkəm dostluğumuzun və sarsılmaz birliyimizin növbəti bariz nümunəsi oldu”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə