"Türkiyə ilə birgə işləməyə sadiqiq" - ABŞ diplomatından PAYLAŞIM

"ABŞ regional sabitliyin möhkəmlənməsi üçün Türkiyə ilə birgə işləməyə sadiq qalır." SİA-nın məlumatına görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrak "X" sosial şəbəkəsində yazıb. ABŞ diplomatı həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan barədə də yazıb. SİTAT:

"Nazir Fidan, sizə Ankarada məhsuldar və səmimi söhbətə görə təşəkkür edirəm. ABŞ Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir və regional sabitliyin möhkəmlənməsi, ortaq problemlərin həlli, o cümlədən Suriyada davam edən səylərimiz üzrə birgə işləməyə sadiq qalır", - paylaşımda deyilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə