İşğaldan azad olunmuş Cəbrayılds daha 3 erməni hərbçinin qalıqları aşkar olunub

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 3 erməni hərbçinin qalıqları aşkar olunub.

SİA “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1645 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə