İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 3 erməni hərbçinin qalıqları aşkar olunub.
SİA “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1645 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.