Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub - MÜDAFİƏ NAZİRLİYİ

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. SİA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə