Təltif olunanlar arasında “İki sahil” qəzetinin əməkdaşı da var

Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Silahlı Qüvvələrin 11 min 831 hərbi qulluqçusu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif olunanlar arasında "İki sahil” qəzetinin baş redaktorunun müavini, ehtiyatda olan kapitan Miriyev Anar Barat oğlu da var.

O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Qeyd edək ki, Anar Miriyev 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində ehtiyatdan cağırılan zabit kimi iştirak edib. O, müharibə başa çatandan sonra Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılıb və hazırda “İki sahil” Media Qrupunda işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə