Jurnalistlər ərazilərimizin minalardan təmizlənməsi işləri ilə tanışlıq olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə keçirilən tədbirlərlə tanışlıq məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün növbəti media-tur təşkil olunub.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizləməsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə birgə həyata keçirdikləri fəaliyyət nümayiş etdirilib.

Jurnalistlər istehkamçılar tərəfindən ərazidə mühəndis kəşfiyyatının aparılması, xüsusi təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə praktiki yerinə yetirilən təlim tapşırıqlarını izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə