İşğaldan azad edilmiş torpaqlarda daha 4 erməni hərbçisinin qalıqları tapılıb

İşğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 erməni hərbçisinin qalıqları tapılıb.

SİA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məumat yayıb.

Məlumata görə, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...