Ermənistan sərhədə əlavə qüvvələr cəmləyir

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ciddi şəkildə dəyişməyib. SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Xəbərdə deyilir ki, Ermənistan Silahlı Qüvvələri sərhədə əlavə qüvvələr yerləşdirir.

Mayın 12-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Zəngəzur (Sünik) bölgəsinin sərhəd məntəqələrinin birində "sərhədləri dəqiqləşdirmək" məqsədi ilə demarkasiya işləri görməyə çalışdıqlarını bildirib. Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrovla Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan arasında müzakirə aparılıb. Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da Rusiya Prezidenti Vladimir Putinə bu barədə məlumat verib və vəziyyətlə əlaqədar KTMT-yə müraciət edib.

Müdafiə Nazirliyi "vəziyyətin əhəmiyyətli dərəcədə dəyişmədiyini" bildirib: "Bütün ərazilər Ermənistan silahlı qüvvələrinin tam nəzarəti altındadır. Üstəlik, əvvəlki iki gündə Ermənistan Silahlı Qüvvələrinin əlavə hissələri ora yerləşdirilib, bu da Azərbaycan hərbçilərini hər hansı bir hərəkət etməsini məhdudlaşdırıb”.

Problemin sülh yolu ilə həllinə dair danışıqların hələ də davam etdiyini qeyd edən nazirlik sözçüsü: "Ermənistan Müdafiə Nazirliyi ümid edir ki, mövcud vəziyyət sülh yolu ilə həll ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə