""Zəfər yolu"nun tikintisi davam edir"

"Şuşaya çəkilən "Zəfər yolu"nun tikintisi davam edir".Bunu SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Anar Nəcəfli bildirib ki, sentyabr ayına qədər tam olaraq "Zəfər yolu"nun tikintisini yekunlaşdırmaq planlaşdırılır: "Şuşaya çəkilən "Zəfər yolu" iki hərəkət zolqalıdır, 101 kilometr uzunluğa malikdir. Hazırda geniş miqyaslı işlər görülür. Yolboyu torpaq işləri aparılır. “Zəfər yolu” cəmi iki ay ərzində genişləndirildi və gediş-gəliş üçün rahat şəkilə salındı. Ölkə başçısı Ali Baş Komandan İlham Əliyev bu yola rəmzi olaraq "Zəfər yolu"adlandırdı. Bizim müzəffər Azərbaycan ordusu Şuşamızı işğaldan azad etmək üçün məhz bu yoldan istifadə edib. Özünə çığır acan Azərbaycan əsgərləri bu yoldan isifadə edərək Şuşanı mənfur düşməndən azad edib. Ordumuzun keçdiyi cığırlar genişləndirildi və gediş-gəliş üçün rahat şəkilə salındı. Yeni torpaq yatağı,yol əsası inşa olundu və bundan başqa su ötürücü borular keçidlərin , yeraltı keçidlərin, körpülərin inşası davam etdirilir. İşlərin tez bir zamanda həyata keçməsi üçün bütün qüvvələr səfərbər olub. "Kolin" şirkəti 4 hissə üzrə tikinti aparır. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Qeyd olunan tarixdə yol tamamilə istifadəyə hazır olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə