"Həmsədrlərin səriştəsiz fəaliyyəti bizə lazım deyil" MÜSAHİBƏ

SİA Milli Məclisin üzvü Ramin Məmmədovun müsahibəsini təqdim edir:

- ABŞ ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsinə səy göstərir. ABŞ-ın Ermənistandakı səfiri də ATƏT-in Minsk qrupunun regionda sülhün və təhlükəsizliyin təmin olunmasında müəyyən rola malik olduğunu deyib. ATƏT-in Minsk qrupunun gündəmə çıxarılması üçün zəmin və yaxud səbəb varmı?

- ATƏT-in Minsk qrupunun fəaliyyətinə Azərbaycan cəmiyyətinin, dünya ictimaiyyətinin və üzv ölkələrin cəmiyyətləri də münasibətini illərdir formalaşdırmaqdadır. Bugün Azərbaycan cəmiyyəti ATƏT-in səmərəsiz, faydasız hətta bu formatın formalaşmasını səbəb olan keçmiş münaqişənin həlli istiqamətində əməli adımlarla yadda qalmayan, tam tərsinə müəyyən səfərlərlə sadəcə münaqişənin həllinə təkan verirmiş kimi görsənən bir qrup diplomatın səmərəsiz fəaliyyətini hamımız xatırlayırıq. Təbii ki, Azərbaycan illər əvvəl formatın ya təkminləşdirilməsini, ya da bu formatın fəaliyyətinin gücləndirilməsinə dair çıxışlar və təkliflər irəli sürüb. Bu formatın sadəcə olaraq bu vəziyyətdə davam etdirilməsinin münaqişənin həllinə müsbət təsir etməyəcəyini çox aydın şəkildə Azərbaycan dünya ictimaiyyətinə təqdim edib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra ATƏT-in Minsk qrupunun üzvlərinin can fəşanlıq edib, bu formatın yenidən canlandırmaq istəkləri bizdə təəssüf və təəccüb hissi doğurur. Təəssüf ona görə ki, bu aktivliyi istərdik ki, münaqişənin son fazasına keçmədən baş versin. Münaqişə bitdikdən sonra artıq ölkələr arasında bundan sora fəaliyyət və əməkdaşlıq aparıldığı dövrdə Minsk qrupunun formatının aktivləşdirilməsinin məqsədi nədən ibarətdir? Olmayan münaqişənin həlli istiqamətində danışa bilməzsən.

- Xankəndində terrorçuların əsas liderlərindən olan Balasanyanın açıqlamasında iddia edilir ki, "Xankəndində mən əgər azarbaycanlı görsəm dərhal onu özüm həbs edib, ona müəyyən cəza verilməsinə nail olacam". Sizcə məhz bu açıqlamalarına görə Balasanyanın özünün həbs edilməsi üçün məqam yetişibmi?

- Müəyyən mərhələrdə hər birimiz Ermənistan siyasətçilərinin və yaxud siyasibazların bu kimi bəyanatlarını eşitmişik. Bu açıqlamalar son dərəcə məsuliyyətsiz və heç bir siyasi, hüquqi və digər dayaqlara söykənməyən bu açıqlamların nəticəsininin nədən ibarət olduğunu aydın şəkildə görəciyik. Ermənistanın istefaya getmiş keçmiş baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" ifadəsinə Azərbaycanın cavabı göz önündədir. "Qarabağ Ermənistandır" ifadədəsinin cavabını 44 günlük müharibədə dünya ictimaiyyətinə göstərdik.

Ermənistanın keçmiş müdafiə nazirinin sərsəm bir açıqlaması olmuşdu: "Biz yeni ərazilər üçün yeni mübarizələrə başlayacağıq". Cəfəngiyyat dolu bir açıqlama idi və bu açıqlamaların nəticəsi Şuşa şəhərində Azərbaycan bayrağının dalğalanmasıdır. Bu açıqlamalara Azərbaycan dövlətinin müdrik siyasəti ilə əsl siyasətciyə xas olan təmkin və proqnativ siyasətlə cavab verildi.

- Cəmiyyətdə haqlı bir narahatçılıq var ki, Xankəndinə, Xocalıya, Ağdərəyə nə vaxt qayıdacayıq?

- İllərdir bizi narahat edən digər bir sualla cavab vermək istərdim. Biz illərdir hər zaman Qarabağın azad olunmasını istəyirdik, elə cəmiyyətimizdə də Qarabağla bağlı artıq şübhələr də formalaşmışdı. Ötən ilin payız ayında torpaqlarımızın işğaldan azad edilməsi faktoru bizə onu göstərdi ki, cənab Prezidentin ifadəsindən istifadə edərək bildirmək istərdim ki, nəyin nə vaxt nə zaman ediləcəyini ən yaxşı Prezident bilir.

- ABŞ böyük bir dövlət kimi 106 il sonra ermənilərin soyqırıma məruz qaldığını başa düşüb?

- ABŞ siyasətində qondarma "erməni soyqırımı" anlayışının müxtəlif siyasi oyunlarda istifadə olunması birinci dəfə deyil. Türkiyənin bu açıqlamalara verdiyi cavab nəticəsində Amerika demokratları və respublikaçıları bu məsələlərə siyasi qiymət verilməsindən çəkiniblər. Bugünləri regionda və subregionda gedən hadisələr, qlobal çağırışlar və deyişikliklər və yeni düzən formalaşması fonunda ABŞ-ın belə bir bəyanatı verilməsi öz maraqlarına cavab vermək məqsədi daşıyır. Co Baydenin “erməni soyqırımı” bəyanatı siyasi kanikturaya uyğun verilən bəyanatdır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə