Ermənistan Azərbaycanla sərhəddə neytral zona yaratmaq istəyir

Ermənistanın Milli Təhlükəsizlik Xidməti rəhbərinin müavini Stepan Melkonyan bildirib ki, əhalinin, o cümlədən sərhəd xidmətinin şəxsi heyətinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində neytral zona yaratmaq lazımdır.

"Hər iki tərəfdə, xüsusən də qarşı tərəfin hərbçiləri ilə təmasların istisna ediləcəyi neytral bir zona var. Bura mühəndis konstruksiyalarının köməyi ilə sərhəd təhlükəsizliyini təmin etmək üçün sərhəd boyunca bir zolaqdır", deyə MTX rəsmisi bildirib.

S.Melkonyan xatırladıb ki, Ermənistan-Türkiyə sərhəddində də oxşar neytral zona var.

Mart ayının sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın bölgədəki düşmənçilik problemini həll etmək üçün bütün kommunikasiyaların açılmasının vacib olduğumu bildirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Bakının İrəvanla münasibətləri normallaşdırmağa hazır olduğunu və sülh müqaviləsinin imzalanmasını da istisna etməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə