Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar FOTO

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Ombudsman aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev kursantların sosial-məişət şəraiti ilə tanış olub, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər. Yataq yerləri və mövsümi geyimlərə baxış keçirildikdən sonra qonaqlar kursantlarla görüşərək onların təhsilləri ilə də maraqlanıblar.

Ombudsman aparatının nümayəndələri kitabxanalara da baş çəkərək kursantların daha da yaxşı təhsil almaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olublar.

Sonda nümayəndələr təhsil ocaqlarının tibb məntəqələri və tədris otaqlarına da baxış keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə