Belarus səfiri azad edilən ərazilərində gördüklərindən dəhşətə gəlib

Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur. SİA-nın məlumatına görə, bunu Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Respublika Veteranlar Təşkilatının qonağı olarkən deyib.

Andrey Ravkov Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər etdiklərini, gördükləri mənzərənin dəhşət doğurduğunu vurğulayıb.

Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən Andrey Ravkov bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə